Muno 365 Hesabat — Muno 365 kassa sistemi ilə işləyən restoran, kafe və mağaza sahibləri üçün mobil hesabat tətbiqi. Biznesinizin satışını, anbarını, maliyyəsini və personalını harada olursunuzsa olun, telefonunuzdan real vaxtda izləyin.
Ana səhifədə hər şey bir baxışda
• Ümumi satış və əvvəlki dövrlə müqayisə (artım/azalma faizi)
• Günlük satış qrafiki
• Açıq çeklər — hazırda açıq olan masalar və məbləğ
• Net satış, endirimlər, ikram, servis haqqı, ləğv və əvəzləmələr
• Orta çek, qonaq sayı və bağlanmış çeklər
• Mənfəət və zərər xülasəsi, trend analiz və kassa qalıqları
30-dan çox hesabat bir tətbiqdə
Satış hesabatları:
• Trend analiz — gün və saat üzrə satış, qonaq və çek sayı
• Satış hesabatı — satış kanalları (zal, özü aparır, çatdırılma)
• Ödəniş üsulları — nağd, kart, online bölgüsü
• TOP 10 məhsullar və məhsul hesabatı
• Masa hesabatı — zal və masalar üzrə satış, qonaq və açıq çeklər
• Ofisiantlar üzrə satış
• Ləğv edilən və əvəzlənən məhsullar, şübhəli əməliyyatlar
• Müştərilər, çeklər, endirim, ikram və servis haqqı
Anbar hesabatları:
• Menyu, maya dəyəri (COST %) və məhsulların ABC analizi
• Anbar qalığı, hərəkətlər və qalığın analizi, yarımfabrikatlar
• Alış qaimələri, alışlar, silinmələr və qaytarılan məhsullar
• Audit — maya dəyərinin dövrün əvvəli və sonu ilə müqayisəsi
Maliyyə hesabatları:
• Kassa hesabatı (PVH) və kassalar üzrə hesabat
• Xərclər — kateqoriyalar üzrə
• Kreditorlar və debitorlar
• Mənfəət və ya zərər (P&L) — gəlir, maya dəyəri, əməliyyat xərcləri, xalis mənfəət
Personal hesabatları:
• Əməkdaşlar, vəzifələr və departamentlər
• Əmək haqqı xərcləri
Rahat istifadə
• İstənilən tarix aralığı: bu gün, dünən, bu həftə, bu ay, ötən ay və ya öz aralığınız
• Seçdiyiniz dövr bütün hesabatlarda yadda qalır
• Hesabat axtarışı
• Bir neçə obyektiniz varsa, obyektlər arasında keçid
• İşıqlı və tünd rejim
• Azərbaycan, rus və ingilis dilləri
Təhlükəsizlik
Giriş Muno 365 hesabınızla edilir, məlumatlar şifrəli bağlantı ilə ötürülür, sessiya açarları cihazda şifrəli yaddaşda saxlanılır. Tətbiqdə reklam və izləmə yoxdur.
Kimlər üçün?
Restoran, kafe, bar, fast-food və mağaza sahibləri, menecerlər və mühasiblər — Muno 365 kassa sistemindən istifadə edən hər kəs üçün.
Diqqət: tətbiqdən istifadə üçün Muno 365 hesabı lazımdır. Hesab şirkətinizin administratoru tərəfindən yaradılır.
Təkliflər və suallar üçün:
[email protected]
• Yeni: tətbiq yeni versiya çıxanda özü yeniləməni təklif edir
• Yeni: salamlama günün vaxtına görə canlı yenilənir, gecə saatlarında da düzgündür
• Masa hesabatında qonaq sayı artıq kəsilmir
• Status bar ikonları mavi başlıqda aydın görünür
• Haqqında bölməsində düzgün versiya göstərilir
• Hələ məlumatı olmayan hesabatlar siyahıda göstərilmir
• Kiçik dizayn düzəlişləri