Dapti 1-4-cü sinif şagirdləri üçündür. Uşaq riyaziyyatı, Azərbaycan dilini, ingilis dilini və məntiqi oyun oynayırmış kimi keçir. Tapşırıqlar onun sinfinin proqramına görədir.
Hər fənn bir xəritədir. Uşaq səviyyələri bir-bir açır, düz cavablara ulduz və sikkə yığır. Yanında narıncı ahtapot Dapti olur. Düz cavabda alqışlayır, səhv edəndə ürək-dirək verir.
Səhv cavabdan sonra izah elə orada açılır və uşaq bir də cəhd edir. Mövzunu başa düşməyibsə, AI Müəllim onu səslə və şəkillərlə yenidən danışır. Uşaq ona sualını yaza da bilər, səslə də soruşa bilər.
Valideyn üçün ən vacib hissə SMS hesabatdır. Tətbiqi açmadan görürsünüz: övladınız bu həftə neçə gün oxuyub, hansı mövzu yaxşı gedir, hansında ilişib qalıb. Hesabatın nə qədər tez-tez gəlməsini özünüz seçirsiniz. Hər gün, üç gündən bir, ya da həftədə bir dəfə.
Hər mövzunun sonunda qısa test var. Səhv edilən suallar bir neçə gün sonra yenidən qarşısına çıxır ki, öyrəndiyi unudulmasın. 1-ci, 2-ci, 3-cü və 4-cü sinif üçün riyaziyyat misalları, məsələlər, vurma cədvəli, Azərbaycan dili və ingilis dili tapşırıqları burada bir yerdədir.
Uşaqlar Dapti-yə hər gün qayıdır, çünki gündəlik seriyasını qırmaq istəmirlər. Qazandıqları sikkə ilə öz Daptilərinə tac, eynək alırlar. Ayın sonunda hər sinif üzrə ilk üç yer sertifikat alır.
Başlamaq üçün sinfi və fənni seçin. Uşaq 8 suallıq qısa yoxlamadan keçir və ilk hesabatı elə o an görürsünüz. Yeni fənlər əlavə olunduqca tətbiqdə özü görünür.
Bir fənni kartsız, pulsuz sınaya bilərsiniz. Dapti Pro bütün fənləri və AI Müəllimi açır. Aylıq və üç aylıq plan var, istədiyiniz vaxt ləğv edə bilərsiniz.
Dapti Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidentidir. Tapşırıqları sertifikatlı müəllimlər hazırlayır.
Sualınız olsa, yazın:
[email protected]
Dapti indi bildiriş göndərir və daha sürətli işləyir. Hər gün öyrənmək indi daha rahatdır.