Systemly ERP for employees: customers, stock, debts and cash receipts
«Systemly: İşçi» — Systemly ERP istifadə edən şirkətlərin satış komandası və əməkdaşları üçün mobil tətbiqdir. Tətbiqə yalnız şirkətin ERP sistemində hesabı olan əməkdaşlar daxil ola bilər: giriş ERP-dəki telefon nömrəsi və ya ad soyad, həmçinin veb sistemdəki şifrə ilə olur.
Bu gün
• Vaxtı keçmiş və bu həftə çatan müştəri borcları
• Müddəti bitən bronlar və cavab gözləyən müştəri sorğuları
• Təsdiq gözləyən anbar təhvilləri və iş bildirişləri
Müştərilər
• Öz müştərilərinizi ad, telefon və ya kodla tez tapın
• Müştərinin balansı, satışları, bronları və sənədləri bir ekranda
• Müştəri adından sifariş sorğusu yaradın — sorğu birbaşa ERP-yə düşür
Kataloq və stok
• Hansı anbarda nə qədər mal var — dəqiq qalıq
• Bronda olan mallar: kim, nə qədər, hansı menecer
• Barkod / QR ilə məhsulu tez tapmaq
Pul qəbulu
• Müştəridən alınan pulu qeyd edin — avtomatik ən köhnə borcdan bağlanır
• Toplanan pulun kassaya təhvili və təsdiqi
Davamiyyət
• İş yerindəki terminal üçün şəxsi QR kod
Bildirişlər
• Yeni sorğu, təsdiq tələbi, mesaj və borc xatırlatmaları push bildirişi ilə
Təhlükəsizlik: hər əməkdaş yalnız vəzifəsinə görə icazə verilmiş məlumatı görür; hesab eyni anda yalnız bir telefonda açıq qalır; bütün əlaqə HTTPS ilə şifrələnir.
Nytt
• Məhsul QR etiketi: Bluetooth printerə (stiker və ya rulon) QR etiket çapı. Hər QR kimin çap etdiyini, hansı mağazaya verildiyini və kimlərin oxuduğunu izləyir.
• Məhsulun QR etiketini telefon kamerası ilə oxuyanda məhsul birbaşa tətbiqdə açılır.
• «Mən → Printer»: printer və kağız seçimi, sınaq çapı.