Balance, statement and transaction tracking application for drivers.
Pulqabı sürücülər üçün hazırlanmış mobil maliyyə tətbiqidir. Tətbiq vasitəsilə sürücülər öz balanslarını izləyə, mövcud çıxarış məbləğini görə, əməliyyat
tarixçəsinə baxa və pul çıxarışı sorğusu yarada bilərlər.
Pulqabı əsasən ride-hailing və çatdırılma sahəsində çalışan sürücülərin gündəlik maliyyə axınını daha rahat izləməsi üçün nəzərdə tutulub. Sürücü tətbiqə
daxil olduqdan sonra ona aid balans, saxlanılan məbləğ, çıxarıla bilən məbləğ və son əməliyyatlar göstərilir.
Tətbiqin əsas imkanları:
- Balansın real vaxtda izlənməsi
- Çıxarıla bilən məbləğin ayrıca göstərilməsi
- Pul çıxarışı sorğusunun yaradılması
- Çıxarış sorğularının statuslarının izlənməsi
- Əməliyyat tarixçəsinə baxış
- Kart ödənişləri, nağd əməliyyatlar, komissiyalar və düzəlişlərin görünməsi
- Sürücüyə aid bildirişlərin alınması
- PIN və OTP ilə təhlükəsiz giriş
- Cihaz təhlükəsizliyi və aktiv sessiya nəzarəti
Pulqabı sürücünün gündəlik gəlir və çıxarış prosesini daha şəffaf, rahat və nəzarətli etmək üçün hazırlanıb. Tətbiq vasitəsilə sürücü balansında baş verən
dəyişiklikləri izləyə, əvvəlki əməliyyatları yoxlaya və çıxarış sorğularının hansı mərhələdə olduğunu görə bilər.
Tətbiq yalnız sistemdə qeydiyyatdan keçmiş sürücülər üçün nəzərdə tutulub. Giriş zamanı telefon nömrəsi təsdiqlənir və təhlükəsizlik məqsədilə OTP/PIN
mexanizmlərindən istifadə olunur.
새로운 기능
Şəxsi məlumatlar bölməsində FİN kod sahəsi düzəldildi. Xarici vətəndaşların sənəd nömrələri də qəbul olunur.